“Formula-2”: İsak Hacar Bakıdakı əsas yarışda liderliyini davam etdirir 

 30-04-2023

Bakıda təşkil olunan “Formula-2” üzrə Azərbaycan Qran-prisinin əsas yarışında 20 dövrə tamamlanıb. 

Milletinsesi.info-ın məlumatına görə, “Hitech” komandasının pilotu İsak Hacar liderliyini davam etdirir.

Qeyd edək ki, “PHM Racing”in pilotu Bred Benavides qəza törətdiyi üçün yarışdan kənarda qalıb.

Sıralama turunda “Prema Racing”in pilotu Oliver Bearman ən yaxşı nəticəni göstərmişdi. “Rodin Carlin”dən Enzo Fittipaldi ikinci, “Art Grand Prix”dən Teo Purşer üçüncü olmuşdu.

Qeyd edək ki, “Formula-1”də əsas yarış saat 15:00-da başlayacaq.

Bənzər yazılar

0.1344678401947