Türkiyə Super Liqasının XXXII turunda "Fənərbağça" səfərdə "Sivasspor"la qarşılaşır.
Milletinsesi.info xəbər verir ki, İstanbul klubu bu matçda ciddi itki ilə üzləşib.
Komandanın hücumçusu Enner Valensiya oyunun əvvəlində rəqib qapıçı Ali Şaşalla toqquşub.
Ağır zədə alan forvard təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Super Liqanın bombardirinin huşu özündə olub.
İlk hissədən sonra "Fənərbağça" 3:0 hesabı ilə öndədir.