“Azərbaycanla əlaqələrimizi genişləndirməkdən məmnunuq. Birgə inkişafı davam etdirməyi səbirsizliklə gözləyirik”.
“Report” xəbər verir ki, bunu “Formula-1”in prezidenti Stefano Domenikali Azərbaycan Qran-prisi ilə müqavilənin uzadılması ilə bağlı danışarkən deyib.
58 yaşlı funksioner Bakı Şəhər Halqasının “Formula-1” üçün çox məşhur məkana çevrildiyini bildirib: “Bakı bir çox həyəcanlı yarışlara ev sahibliyi edib”.
Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-prisi ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb.