“Bakcell” stendinə azarkeş axını! - Fotolar+Video

 28-04-2023

Bakıda “Bakcell” şirkətinin dəstəyi ilə Formula 1 Azərbaycan Qran Prisi başlayıb. “Formula 1” və “Formula 2” üzrə sərbəst yürüşlərin və sıralama turlarının keçirildiyi ilk yarış günü idman həvəskarları Dənizkənarı Bulvar ərazisində qurulmuş “Bakcell” zonasında maraqlı vaxt keçiriblər.

Azneft dairəsində yerləşən “Bakcell” tribunası və tribunanın ətrafında yerləşən Bakcell əyləncə zonası qonaqların böyük marağına səbəb olub, bu nüfuzlu idman yarışının ən populyar və ziyarət olunan guşəsinə çevrilib. 

Azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirib, eyni zamanda oyun zonasında təşkil olunmuş yarışlarda iştirak edərək şirkətdən hədiyyələr qazanıblar.  
 
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran Prisi aprel ayının 30-na kimi davam edəcək. Texnologiya ilə əyləncəni bir araya gətirən “Bakcell” stendi bu günlər ərzində yarış həvəskarlarına xidmət göstərəcək.





Bənzər yazılar

0.39214205741882