Basketbol üzrə Avroliqanın pley-off mərhələsində baş tutmuş “Real” (Madrid) - “Partizan” oyununda insident yaşanıb.
Milletinsesi.info xəbər verir ki, qarşılaşmanın 4-cü periodunun sonlarında iki komandanın üzvləri arasında dava düşüb. Ehtiyat oyunçuların meydana axışması ilə insident daha da böyüyüb.
Nəticədə hakimlər oyunu iki dəqiqə tez başa vurmalı olublar.
“Partizan” səfər qarşılaşmasında rəqibinə 80:95 hesabı ilə qalib gələrək ümumi hesabı 2:0 edib.