Şahbuzda xalq yaradıcılığı festivalı keçirilib – VİDEO

 23-04-2023

Şahbuz rayonunun Batabat yaylağında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Ramazan Bayramı münasibətilə “Xalq yaradıcılığı” festivalı keçirilib.

Festivalda Şahbuz rayon mədəniyyət kollektivlərinin musiqi, rəqs və folklor qruplarının ifa və çıxışları təqdim edilib.

Bayram tədbirində milli mətbəximizə, eləcə də Qərbi Azərbaycana xas müxtəlif təamlar hazırlanaraq təqdim olunub.

Həmçinin istedadlı qadınların əl işlərinin sərgi – satışı ilə yanaşı, qonaqlar üçün müxtəlif iaşə xidməti də göstərilib.

Bənzər yazılar

0.49323892593384