XİN: “Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!” 

 22-04-2023

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistandan Azərbaycanın suveren ərazisindəki bütün təxribatları dayandırmağı tələb edib.

Milletinsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində etdiyi paylaşımda deyilir.

Paylaşımda bildirilir: “Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusuna məxsus hərbi yük maşını qəsdən döşənmiş minaya düşüb, mina partlayıb, 3 hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!”.

 

Bənzər yazılar

0.13431406021118