“Avropa İttifaqının öz təhlükəsizliyini təmin etmək üçün Avropa Silahlı Qüvvələrinə ehtiyacı var”.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell öz bloqunda bildirib.
“Yeni təhlükəsizlik mühiti nümayiş etdirir ki, Aİ öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır. Bunun üçün bizə daha yüksək səviyyəli spektrə malik müasir Avropa ordusu lazımdır”, - deyə o, bildirib.
Borrellin sözlərinə görə, belə bir ordu üçün Aİ-nin Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı əməliyyatından sonra özünü büruzə verən çatışmazlıqları üzərində çalışılmalıdır.
Mənbə: TASS