Təranə Səmədova keçmiş ərini necə şantaj edib — İTTİHAM

 20-04-2023

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədovanın cinayət işi üzrə istintaq ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, prodüseristintaqda dindirilən zaman ona Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində göstərib ki, zərərçəkmiş Səfərov Abbas Əliyar oğlu tanışıdır və onunla 2009-cu ilin yanvar ayında tanış olub. Abbas ilə rəsmi nikahı olmayıb, lakin qeyri-rəsmi olaraq ər-arvad kimi münasibətdə olublar. Abbas ilə tanış olduqdan sonra ondan hamilə qalıb. Hamiləliyin 4-cü ayında Abbas qadına bildirib ki, uşağı dünyaya gətirməsin. Buna görədə uşağı dünyaya gətirmədiyi üçün Abbas ila əlaqəsini kəsib. Ancaq mütəmadi olaraq Abbas ilə mobil telefonla danışıb.

2009-cu ilin oktyabr ayının 18-də Abbasdan bir qızı olub. Qızına Abbasın soyadının verilməməsi üçün onunla rəsmi nikaha daxil olmayıb. Qızı dünyaya gəldikdən sonra Abbas uşağını iki dəfə görüb.

İş üzrə digər təqsirləndirilən Həsənov Rasim Fərahim oğlunu 2022-ci ilin sentyabr-oktyabr aylarından tanıyıb. Rasim ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayıb. Rasim ona məxsus evdə onlarla birlikdə qalıb.

Təranə qeyd edib ki, 2022-ci ilin noyabr ayının əvvələrində mobil telefonunda olan "Instagram" sosial şəbəkəsində şəxsi səhifəsinə çoxsayda fotoşəkillər və görüntülər gəlib. Baxdıqda görüb ki, fotoşəkillər və görüntlər Abbasa aiddir. Belə ki, Abbas fotoşəkillərdə çılpaq olub. Görüntüdə Abbas tanımadığı qadın ilə görüntülü danışıb, kişi orada da çılpaq olub. Məlum olub ki, görüntüləri və fotoşəkilləri göndərən şəxs Abbas ilə münasibətdə olmağını və qızlarının olmasını bilir. Həmin günü Rasim evdə olub. O da fotoşəkilləri və görüntüləri görüb. Rasima bildirib ki, Abbasa zəng edərək onu çağırsın və bu məsələni aydınlaşdırsınlar. 

13 noyabr 2022-ci il tarixda Abbasın görüntülərinin ona göndərildiyi üçün Rasim ila arasında münaqişə yaranıb. 15 noyabr 2022-ci il tarixdə Rasim Abbasa zəng edib və onu evinə dəvət edib. Həmin günü axşam saatlarında Abbas evinə gəlib. Onlar evdə söhbə ediblər. Rasim göndərilən fotoşəkilləri və görüntüləri Abbasa göstərib. Abbas da bildirib ki, bundan xəbərdardır və artıq şikayət edib. Abbasın deməsinə görə ona qarşı həmin hərəkət 4-5 nəfər qadın tərəfindən edilib. Səbəb isə qadınların onu bölüşə bilməməsidir. Rasim Abbasdan hamin qadınların içərisində Təranənin olub-olmadığını soruşub. O da həmin qadınların içərisində olmadığını bildirib. Bu zaman Rasim Abbasdan nə üçün görüntülərinin ona göndərilməsini soruşub. Abbas da buna görə üzr istəyəcəyini deyib.

Abbas baş verənlərin ümumiyyətlə ləğv olunması üçn onlardan kömək istəyib və buna görə 2 000 manat pul verəcəyini bildiri. Bundan sonra Rasim ilə Abbas gedib. Abbas evindən pul götürüb Rasimə 600 ABŞ dolları verib, qalan məbləği isə səhəri gün verəcəyini söyləyib. Həmin günu Rasim Abbasdan aldığı 600 ABŞ dollarını verib.

Səhəri günü Abbas Rasimi yanına çağırıb və 500 ABŞ dolları verib. Rasim də hamin pulu ona verib. Təranə də 1 100 ABŞ dollar ilə borclarımı ödəyib. Abbas Rasimə pul verən zaman qızın görəcəyini bildirib, lakin gəlib qızı görməyib.

17 noyabr 2022-ci il tarixdə Təranəyə məxsus olan bank kartı ilə Abbas 130 manat pul köçürüb. Onlayın vasitəsilə həmin pulu komunal ehtiyaclarını qarşılayıb. Bundan sonra yaranmış problemləri hall etmək üçün Abbasın görüntülərini və fotoşəkillərini göndərən şəxsin səhifəsini "Instagram" sosial şəbəkəsində axtarıb, lakin tapa bilməyib. Sonradan isə öyrənib ki, Abbas Xətai Rayon Polis Idarəsinə şikayət edib.

Tərəanə Səmədova ifadəsində daha sonra göstərib ki, qeyri-rəsmi yaşadığı Rasim Həsənov Abbas Səfərova onun çılpaq fotoşəkillərini və qadınla görüntülü danışmasını əks etdirən danışıqlarını sosial şəbəkədə yaymaqla hədələyib onu rüsvay edəcəyini bildirməyib və pul tələb etməyib. Rasim Həsənov Abbasın fotoşəkillərinin və görüntülərinin ona göndərilməsinə görə əsəbləşib döyüb.

Lakin Rasimdən heç bir şikayəti və tələbi yoxdur, ona görə də məhkəmə tibbi ekspertizasından keçmək istəməyib. Abbas Səfərov özü könüllü olaraq həmin pul vəsaitini ona verib ki, qeyd etdiyi məsələnin kökündən həll olunmasında köməklik etsin. Abbas özü ona bildirib ki, buna görə Rasim tərəfindən döyülüb. Buna görə də xəsarətlərini o, qarşılayacaq. 

Təranənin sözlərinə görə, Abbasın ifadəsində göstərdikləri yalandır. Abbasın təqdim etdiyi səslərə qulaq asıb. Həmin kişi Rasimdir, qadın isə özüdür.

Qeyd: Prodüser Təranə Səmədova və onun həyat yoldaşı Rasim Həsənov qabaqcadan əlbir olaraq hədə-qorxu gələrək vətəndaşdan pul tələb ediblər.

Aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (ad, soyadı şərtidir) fotoşəkillərini əldə edib. Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o, cümlədən instaqram və digər sosial şəbəkələrində yerləşdirməklə hədələyib. Bu yolla T.Səmədovla R.Həsənov ondan 3 min manat tələb edib.

Beləliklə, ötən ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.

Bundan başqa, T.Səmədovla R.Həsənov təkrarən Altay Səfirovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.

Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.

Bənzər yazılar

0.33899712562561