Roza Zərgərlidən etiraf: Qızı ilə dörd gün parkda yatıbmış

 19-04-2023

“Mən zəngin, özünü idarə edə bilən ailənin övladı olmuşam. Kasıb ailədə doğulmamışam. Bunu hər zaman demişəm. Lakin çox kasıb həyat yaşamışam”.

Olay.az yazır ki, bu sözləri verilişlərin birində müğənni Roza Zərgərli deyib. O, ailə qurduqdan sonra yaşadığı çətinliklərdən danışıb:

“Hansı gənc qız qucağında uşaq dörd gün parkda yatar? Evsiz qalar? Mənim övladlığa götürdüyüm uşaqlar yaxşı mənada hazırın nazirinə çatdılar. Çünki onda Roza Zərgərli idim. Öz doğma övladımla həmin əziyyətləri yaşamışam. Çünki kirayədə qaldığım evin sahibi gəldi, danışdı, başa düşdüm ki, onun niyyəti başqadır. Çantalarımı yığıb, uşaqlarımı götürdüm, yeni ev tapana qədər parkda qaldım”.

Bənzər yazılar

0.55918383598328