Hollivud ulduzu qanlar içində: Qar təmizləyən maşınla faciədən sonra ilk görüntülər – VİDEO

 19-04-2023

Amerikalı aktyor Ceremi Rennerin qartəmizləyən maşınla qəzasından dəqiqələr sonra baş verənlərin görüntüsü yayılıb. Kadrlar hüquq mühafizə orqanı əməkdaşının kamerası tərəfindən qeydə alınıb.

Videoda həkim briqadasının yerdə qan gölməçəsində qalan aktyorun həyatını xilas etmək üçün necə çalışdıqları əks olunub.

Xatırladaq ki, yanvar ayında baş verib. Ceremi Renner qardaşı oğlunun yük maşınını qarın altından çıxarmaq üçün qartəmizləyən maşından istifadə edib. Daha sonra qəza (əl) əyləcini aktivləşdirmədən maşından düşüb. Maşın aşağıya doğru hərəkət etməyə başlayıb. Aktyor qartəmizləyənin onun qardaşı oğlunun üstünə doğru hərəkət etdiyini gördükdə isə ayağı ilişib və yıxılıb. Nəticədə tırtıllar onu maşının altına sürükləyib və o, Rennerin üstündən keçib.

“Avengers”in ulduzu ümumilikdə sümüklərinin 32 sınığı . Bir neçə gün öncə aktyor qəzadan sonra ilk dəfə çıxıb.

Mənbə: Daily Mail

Bənzər yazılar

0.40154099464417