Qərbi Azərbaycan İcmasının sədri: “Tarixi torpaqlarımıza sülh yolu ilə qayıtmaq istəyirik”

 18-04-2023

“Biz konsepsiyamıza uyğun olaraq, tarixi torpaqlarımıza sülh yolu ilə qayıtmaq istəyirik”.

APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli deyib.

“Bunu Prezident öz çıxışlarında da dəfələrlə qeyd edib. Son 200 ildə azərbaycanlı soydaşlarımıza qarşı edilən aktlara görə, həmçinin həmin torpaqlara qayıdışımız beynəlxalq zəmanətlə ola bilər”, - o əlavə edib.

İcma sədri son 35 ildə Azərbaycanın tarixi torpaqlarında infrastrukturun dağıdıldığını qeyd edib:

“Bizim insanlarımız oraya qayıdarkən onlar üçün yaşam şəraiti bərpa edilməlidir. Və o adamlar öz tarixi torpaqlarında vətəndaş kimi həyatlarını davam etdirməlidirlər”.

Bənzər yazılar

0.24378490447998