Mavi-sarı rənglərə boyanan yarıçılpaq fəal Kannda “qırmızı xalı”ya QAÇDI– FOTO/VİDEO

 22-05-2022

Ukrayna bayrağının rənglərinə boyanmış yarıçılpaq fəal Kann Film Festivalının “qırmızı xalı”sında etiraz aksiyası keçirib.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Videodan görünür ki, qadın bir anda paltarını əynindən ataraq: “Bizə təcavüz etməyi dayandırın”, - deyərək qışqırmağa başlayıb.

Ukraynada müharibə dövründə rusiyalı hərbçilərin seksual cinayətlərinə diqqət çəkməyə çalışan qadının sinəsində Ukrayna bayrağının təsviri və “Bizi zorlamayın” yazısı olub. Həmçinin bədəninin müxtəlif nahiyələrində qanı təmsil edən qırmızı əl izləri olub.

 

Mənbə: Ukrainskaya Pravda

Bənzər yazılar

0.31005120277405