“Oğlum nəinki müğənni, kimi istəsə, onu da alacağam. Mənimlə deyil, onunla həyat sürəcək”.
Bu sözləri Əməkdar artist Ədalət Şükürov MTV-də yayımlanan “Üzə düz” verilişində deyib.
O, oğlunun müğənni xanımla ailə qurmasına icazə verdiyini bildirib:
“Sənətə heç bir aidiyyəti yoxdur. Həkimlər var ki, gecə saat 3-də evə gəlir. Nə olub müğənnilərə? Bizim ailəmiz, adımız-sanımız, gözəl övladlarımız var. Mən nədən narazı olmalıyam ki?”
Daha ətraflı süjetdə: