Bir günə 12 milyard dollar qazandı

 15-04-2023

Fransanın lüks mallar istehsalçısı LVMH-in (“Christian Dior”, “Louis Vuitton”, “Givenchy”, “Guerlain”, “Moët & Chandon”, “Hennessy”, “Chaumet”) sahibi və rəhbəri Bernar Arno rekord məbləğdə 12,5 milyard dollar (21,25 milyard manat) zənginləşib.

Bu barədə “Forbes Real-Time”ın məlumatlarından aydın olub.

Sutka ərzində 74 yaşlı Arnonun varidatı 5,7% artıb.

Bu, LVMH-in rüblük hesabatını dərc etdikdən sonra baş verib. Sənədə əsasən, şirkətin geyim və dəri məmulatları seqmenti satışları 18% artıb. 2023-cü ilin birinci rübündə (yanvar-mart) qrupun gəliri 17% artaraq 21,06 milyard avroya (39,46 milyard manat) çatıb.

Qeyd edək ki, “Forbes” jurnalına görə qrupun sahibi 237,8 milyard dollar sərvətlə birinci yeri tutur.

İkinci yerdə “Twitter” sosial şəbəkəsinin sahibi, “SpaceX” və “Tesla” şirkətlərinin baş direktoru İlon Mask qərarlaşıb. Sahibkarın sərvəti 188,5 milyard dollardır (320,4 milyard manat). O, bir gündə 3,5 milyard dollar (5,95 milyard manat) zənginləşib.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.27976489067078