Cenevrə hava limanı yaxınlığında yanğın uçuşlarda problemlər yaradıb - FOTO/VİDEO

 20-05-2022

Cenevrə hava limanı yaxınlığında tikilməkdə olan qaçqınlar mərkəzində baş verən yanğın hava nəqliyyatında ciddi problemlərə səbəb olub.

Yerli vaxtla saat 17:00-da və daha sonra gəlməsi gözlənilən 9 təyyarə başqa hava limanlarına yönləndirilib, daha 13 laynerin uçuşu təxirə salınıb.

Hava limanının sözçüsü İqnas Janra bildirib ki, “hava limanının perimetrindən kənarda yerləşən, sığınacaq axtaranlar üçün tikilməkdə olan yeni mərkəzin binası yanıb”. Yanğın tikilməkdə olan binanın sonuncu mərtəbəsində baş verib. Məlum olub ki, dam örtüyündə izolyasiya işləri aparılırmış.

Yanan binaya onlarla yanğınsöndürmə briqadası göndərilib.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.19192695617676