Deputat Ceyhun Məmmədov uşaq evindən şikayət edən yeniyetmə barədə: “Hansısa televiziya kanalının aparıcısı həll etdi”

 11-04-2023

“Bu yaxınlarda sosial şəbəkələrdə bir yeniyetmənin uşaq evi ilə bağlı problemləri mətbuatda işıqlandırıldı. Amma dövlət qurumları bu məsələ ilə bağlı adekvat davranmadılar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin aprelin 11-də keçirilən plenar iclasında deyib.

“Sonda isə cəmiyyət gördü ki, problemi aidiyyəti dövlət qurumları yox, hansısa televiziya kanalının aparıcısı həll etdi. Müvafiq qurumlar belə məsələlərə qarşı həssas və diqqətli olmalıdır”, - deputat əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların onlara verilmədiyini iddia edib.

Daha sonra o, Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Aprelin 5-də isə yeniyetmə qardaşının ərizəsi əsasında onun himayəsində evə ambulator müalicəyə göndərilib.

Bənzər yazılar

0.33761787414551