Qanunsuz kəsilmiş ağacların daşınmasının qarşısı alındı

 09-04-2023

Gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Qəriblər meşəbəyliyinin 8 saylı dolayında qanunsuz olaraq kəsilmiş ağacların daşınmasının qarşısı alınıb.

Bu barədə Milletinsesi.info-a Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov məlumat verib.

O qeyd edib ki, kəsilən ağaclar “Mersedes” markalı 99 TH 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınmasının qarşısı alınıb.

Onun sözlərinə görə, ağac materialı yüklənmiş nəqliyyat vasitəsi Regional Meşə Təsərrüfatı Mərkəzinə gətirilərək boşaldılıb:

“Bununla bağlı rayon polis şöbəsinə məlumat verilib. Hazırda araşdırma aparılır”.

Bənzər yazılar

0.45975708961487