Zahid Oruc: “MTN-in başı soyğunçuluğa qarışanda İran içəridə şəbəkə qurdu”

 07-04-2023

““Şiələrin kütləvi həbsi” təbliğatı radikal dini qrupların silahlı hücumlarına rəvac verməyə, dini tolerantlıq mühitini və məzhəblərarası vəhdəti pozmağa xidmət edir. Guya din dövlətə qarşıdır, hakimiyyət din əleyhinə siyasət aparır, dövlət rəsmiləri dini etiqad baxımından əks qütbdədir”.

Bu fikirləri İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin iclasında deyib.
 
Deputat qeyd edib ki, İranın ölkəmizdə sosial bazası sarsılıb, müxtəlif tellərlə mənəvi, dini və iqtisadi bağı olanlar son 3 ildə zəifləyiblər:
 
“Lakin o dayaqlar hələ var. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) başı qəsdlərə və soyğunçuluğa qarışanda onlar içəridə şəbəkə qurublar. Azərbaycan məscidləri İranın ideoloji təlimləri və casusluq şəbəkələrini genişləndirməsi üçün hərbi qərərgaha çevrilib.
 
Əlbəttə, dini, İslamı “İranla “eyniləşdirmək, milyonlarla inanclını onların sosial bazası kimi göstərmək yolverilməzdir. Görün bu qədər xəyanətlərin qarşısında biz qalib gəlmişik. O casus şəbəkələri son 3 ildə yaranmayıb, tam əksinə, dövlət təhlükəsizliyimiz Qələbədən sonra möhkəmlənib. Əgər təmizləməsək, daxili cəbhələr artacaq. Biət edənlərin sayı minlərlə deyil, lakin təcrid olunmasalar, təhlükə böyüyəcək. Çünki casusluğa cəlb olunanlar gec partlayan minalara bənzəyir. İşimiz təkcə azad torpaqları minasızlaşdırmaq deyil. Biz qalib dövlətdən, qalib vətəndaşa çevrilməliyik!”
 
Deputat vurğulayıb ki, Azərbaycanda “yaşıl bayraqlı” dövlət olmayacaq: 

“Biz hərbi meydanda tək döyüşdük” deyən ölkə rəhbərinin strateji kursu qoy hamıya bəlli olsun: Azərbaycanla savaşdıqca, İran Azərbaycanlaşacaq!”.

Bənzər yazılar

0.21778202056885