“İnvest-Az”ın əməliyyat mənfəəti 40 faizdən çox azalıb - HESABAT

 31-03-2023
“İnvest-Az İnvestisiya Şirkəti”nin (qısaca – İnvest-Az) əlində olan aktivlərin faiz gəlirliyi (ROA) 2,73 faiz azalıb.

Kommersant.az xəbər verir ki, şirkətin cəmi cari aktivlərində də azalma var. Belə ki, “İnvest-Az”ın əsas göstəricilərində ciddi azalmalar müşahidə olunub. Şirkətin açıqladığı 2022-ci ilin sonuna olan hesabatına görə, “İnvest-Az”ın cəmi cari aktivləri 2021-ci ilin sonu ilə müqayisədə 3 milyon 639 min manat və ya 27,54 faiz azalaraq 9 milyon 520 min manata düşüb. Bu azalmanın səbəbi isə şirkətin pul vəsaitləri və onların ekvivalentlərinin 1 il ərzində 129 min manat və ya 1,34 faiz azalaraq 9 milyon 464 min manata, digər aktivləri isə 3 milyon 510 min manat və ya 98,40 faiz azalaraq 56 min manata enməsidir.

Şirkətin əsas vəsaitləri 8 milyon 25 min manat artaraq 8 milyon 310 min manata yüksəlib. Bundan başqa “İnvest-Az”ın qeyri-maddi aktivləri 275 manat azalaraq 828 manata, təsisçilərlə hesablaşmalar 135 min manat azlaraq min manata düşüb. Şirkətin təxirə salınmış mənfəət vergisi isə 11 min manat azalaraq 23 min manatadək azalıb. Nəticədə şirkətin cəmi uzun müddətli aktivləri 16 milyon 392 min manat artaraq 17 milyon 730 manata enib. Buna görə də “İnvest-Az”ın cəmi aktivləri 1 il ərzində 12 milyon 753 min manat və ya 87,96 faiz artaraq 27 milyon 251 min manata bərabərləşib.

XƏRCLƏRİ GƏLİRLƏRİNDƏN 60,39 FAİZ ÇOX ARTIB

“İnvest-Az”ın marja ticarətindən xalis gəliri 1 il ərzində 926 min manat və ya 24,73 faiz artaraq 4 milyon 672 min manata yüksəlib. Broker və digər komissiya gəlirləri 62 min manat və ya 20,5 faiz azalaraq 242 min manata düşüb. Şirkətin tədris xidmətlər üzrə gəlirləri isə 8 min manat və ya 47,14 faiz artaraq 27 min manata yüksəlib. Şirkətin divident gəlirləri isə 297 manat azalaraq 17 min manata enib. Nəticədə “İnvest-Az”ın cəmi gəlirləri 872 min manat və ya 21,35 faiz artaraq 4 milyon 960 min manata yüksəlib.

Şirkətin xərcləri gəlirinə görə daha çox artıb. Belə ki, inzibati və digər əməliyyat xərcləri 1 milyon 189 min manat və ya 52 faiz artaraq 3 milyon 473 min manata çatıb. Şirkətin haqq və komissiya xərcləri 15 min manat və ya 5,92 faiz azalaraq 247 min manata enib. “İnvest-Az”ın faiz xərcləri isə 271 min manat və ya 2 dəfədən çox artaraq 387 min manata yüksəlib. Buna görə də şirkətin cəmi xərcləri 1 milyon 445 min manat və ya 54,27 faiz artaraq 4 milyon 108 min manata bərabərləşib.

ƏMƏLİYYAT MƏNFƏƏTİ 40,16 FAİZ AZALIB

“İnvest-Az”ın gəlirləri 4 milyon 960 min manat, xərcləri isə 4 milyon 108 min manat olduğuna görə əməliyyat mənfəəti 851 min manat olub. Bu isə 2021-ci ilin sonu ilə müqayisədə 572 min manat azdır.

Mənfəət vergisini 127 min manat artıraraq 441 min manata yüksəldən şirkət il ərzində xalis mənfəətini 1 milyon 589 min manata yüksəldib. Amma buna baxmayaraq “İnvest-Az” əlində olan aktivlərin faiz gəlirliyini (ROA) faiz nisbətilə 68,10 faiz azaldıb. Belə ki, 2022-ci ilin sonunda 5,83 faiz olan ROA göstəricisi 2021-ci ilin sonunda 8,56 faiz olub.

“İnvest-Az”ın kapitalından istifadəsi (ROE) 1,18 faiz artaraq 33,51 faiz olub.

İnvest-Az

2022-ci il

2021-ci il

Fərq

Pul vəsaitləri

9.464,027

9.593,044

-129,017

Digər aktivlər

56,867

3.567,296

-3.510,429

Cəmi cari aktivlər

9.520,894

13.160,340

-3.639,446

Əsas vəsaitlər

8.310,068

284,524

8.025,544

Qeyri-maddi aktivlər

828

1,103

-275

İstifadə hüququ olan aktivlər

8.491,218

-

x

Təsisçilərlə hesablaşmalar

554,350

689,738

-135.388

İnvestisiya qiymətli kağızları

288,600

288,600

0

Asılı müəssisələrə investisayalar

62,000

62,000

0

Təxirə salınmış mənfəət vergisi

23,078

11,248

11,830

Cəmi uzun müddətli aktivlər

17.730,142

1.337,213

16.392,929

Cəmi aktivlər

27.251,036

14.497,553

12.753.483

Cəmi kapital

4.741,605

3.842,106

899,499

Marja ticarətindən xalis gəlir

4.672,355

3.745,693

926,662

Broker və digər komissiya gəlirləri

242,179

304,623

-62,444

Tədris xidmətləri üzrə gəlirlər

27,906

18,965

8,941

Divident gəliri

17,961

18,178

-217

Cəmi gəlirlər

4.960,401

4.087,459

872,942

Haqq və komissiya xərcləri

247,379

262,954

-15.575

İnzibati və digər əməliyyat xərcləri

3.473,938

2.284,872

1.189,066

Faiz xərcləri

387,147

115,299

271,848

Cəmi xərclər

4.108,464

2.663,125

1.445,339

Əməliyyat üzrə mənfəət

851,937

1.424,334

-572,397

Mənfəət vergisi

441,229

314,210

127,019

İl üzrə xalis mənfəət

1.589,237

1.242,368

346,869

ROA

5.83%

8.56%

-2,73%

ROE

33,51

32,33

1.18

 

Bənzər yazılar

0.14803695678711