SKSP-nin rezidentinin ixrac coğrafiyası genişlənir

 31-03-2023

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu tərəfindən Sloveniyaya karbamid gübrəsi ixracına başlanılıb.

İZİA-dan verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodunun ixrac coğrafiyası genişlənir. Şirkət tərəfindən ilk dəfə olaraq Sloveniyaya məhsul ixracına başlanılıb və ilkin mərhələdə bu ölkəyə 5 min tona yaxın karbamid gübrəsi göndərilib.

İndiyədək müəssisədə istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın 23 ölkəsinə (Brazilya, Hindistan, Türkiyə, Rusiya, İsrail, Polşa, Yunanıstan, Rumıniya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s.) ixrac edilib.

Bənzər yazılar

0.13791584968567