Bir qrup şəxs tərəfindən qanunsuz təşkil edilən aksiya cəhdində ictimai asayişi mühafizə edən polis əməkdaşlarının fəaliyyətinə müdaxilə edən Nurlan Cəfəri inzibati məsuliyyətə cəlb edilib.
“Report” un xəbərinə görə bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib.
Qeyd edilib ki, o paytaxtın Yasamal rayonunda qanunsuz aksiyada polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olduğu, jurnalist etikasından kənar hərəkətlər etdiyi üçün ərazidən uzaqlaşdırılıb.
Qeyd olunan ərazidə aparılan digər çəkilişlərdə N.Cəfərinin polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla kobudluq etməsi və əl hərəkətləri ilə onları vurmağa cəhd göstərməsi müşahidə edilib. O, bu əməllərə görə polis orqanına dəvət olunmaqla etdiyi hərəkətlər sübutlarla ona əyani göstərilib. Konkret sübutlar qarşısında etdiyi hərəkətlərdən peşman olduğunu bildirən N.Cəfəri barəsində toplanan materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə N.Cəfəri barəsində 15 sutka inzibati tənbeh tədbiri tədbiq edilib.
N. Cəfəri isə ötən gün özünün sosial şəbəkə hesabında aksiyada çəkiliş edən zaman mülki geyimdə olan polis əməkdaşı tərəfindən zorakılığa məruz qaldığını yazıb: “Polis əməkdaşı xanım əməkdaşımız Cəmilə Əzimovaya qarşı zorakılıq edirdi, müdaxilə etmək üçün yaxınlaşdım, itələdi, daha sonra bu videodakı özünə və vəzifəsinə hörmət qoymayan mülki geyimdə olan polis əməkdaşı öncə mənə zərbə vurdu daha sonra belimdən yapışıb "padnoşka" adlanan güləş fəndi ilə yerə çırpdı. Telefonum düşüb ekranı çatladı. Bu telefonu yeni düzəltdirmişəm”.
Bloger hadisə anından kadrlar da yayıb: