Azərbaycanda uyğunluq sertifikatlarının qanunsuz verilməsi halları aşkarlanıb

 30-03-2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı araşdırmalar nəticəsində sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan bir sıra qurumların uyğunluq sertifikatlarını qanunsuz verməsi halları aşkar olunub.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Belə ki, malın (xidmətin, işin) sertifikatlaşdırılması fəaliyyətini həyata keçirən ”Azunisert” MMC-nin müxtəlif təsərrüfat subyektlərinə verdiyi 26 sayda, ”Aqrosert” MMC-nin verdiyi 4 sayda, ”Az-Quality Cert” MMC-nin verdiyi 10 sayda və ”Certus” MMC-nin verdiyi 11 sayda uyğunluq sertifikatında akkreditasiya sahəsindən kənaraçıxma halları, yəni akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilmədiyi müəyyən edilib.

Həmin sertifikatların ləğvi ilə bağlı şirkətlərə yazılı göstərişlər verilsə də, Dövlət Xidmətinin göstərişləri yerinə yetirilməyib. Müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl etməyən şirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokollar tərtib edilib və baxılması üçün məhkəmə orqanlarına göndərilib.

Bənzər yazılar

0.13855791091919