Qənirə Paşayeva: “Bu mesajı verənlər layiq olduğu cavabı alacaqlar”

 29-03-2023

“Fazil Mustafaya qarşı silahlı hücumu qəti şəkildə qınayırıq. Dəhşətli bir cinayətdir. Əminəm ki, hüquq-mühafizə orqanları qısa zamanda bu hücumu sifariş edənləri və törədənləri aşkara çıxaracaq”.

Bu sözləri “Report”a Milli Məclisin deputatı Qənirə Paşayeva Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.

“Fazil bəy mövqeyini həmişə açıq şəkildə bildirib. Bu mesajı verənlər çox yanlış yollara əl atırlar. Dövlət güclü olduğu üçün bunun öhdəsindən gələcək”, - deputat əlavə edib.

Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

Bənzər yazılar

0.23129296302795