İslamiada üçün Azərbaycan nümayəndə heyətinin rəhbəri bilindi  

 18-05-2022

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında Azərbaycanın nümayəndə heyətinin rəhbəri (şef-de-mission) bilinib.

MillətinSəsi.info-nun əldə etdiyi xəbərə görə, bu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovdur.

Qeyd edək ki, İslamiada 9-18 avqust tarixlərində keçiriləcək. Analoji yarışın sonuncusunu 2017-ci ildə Azərbaycan təşkil edib.

 

Bənzər yazılar

0.32040119171143