Xudatda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

 28-03-2023

Xudat-Nabran avtomobil yolunun İstisu qəsəbəsindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report” xəbər verir ki, “Toyota Prius” markalı minik avtomobili ilə “Opel Astra” markalı minik maşınının toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Əhədov Elnur Camaləddin oğlu, 1991-ci il təvəllüdlü Abdullayev Ağa Gülmalı oğlu, 1996-cı il təvəllüdlü Nuriyev Qasım Zahid oğlu və 1987-ci il təvəllüdlü Xudaverdiyev Siyavuş Zahir oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.53269791603088