Sumqayıtda 13 yaşlı oğlan itkin düşüb 

 27-03-2023

Sumqayıt şəhərində yaşayan, nitq məhdudiyyətli və eşitmə qabiliyyəti olmayan 13 yaşlı Ömər Yaqubov martın 25-də səhər saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Onun əlamətləri belədir: boyu 155 sm, arıq bədən quruluşlu, ağbəniz, sifəti uzunsov, saçı qısa və şabalıdı rəngli, gözləri qəhvəyidir.

Evdən çıxarkən əynində qara rəngli parça gödəkçə, qara rəngli pulover, tünd-göy rəngli parça şalvar, ayağında tünd-göy rəngli idman ayaqqabısı olub.

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 65 4-02-02; (018) 65 5-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bənzər yazılar

0.47650098800659