DYP-dən vətəndaşa “sürpriz” cərimə - VİDEO

 27-03-2023

Öz adına olan avtomobilinə başqa şəxsin adı ilə cərimə yazılıb.

Xezerxeber.az xəbər verir ki, sürücünün mobil telefonuna, etibarnaməsiz avtomobil idarə edildiyinə görə, 40 manat cərimə protokolunun məlumatı göndərilib. Hadisə Sumqayıt şəhər sakini Sevda Qasımovanın başına gəlib.

Sürücünün iddiasına görə, bu ilin yanvar ayının 30-da ona məxsus minik avtomobilinə paytaxtın “20 yanvar” dairəsində 40 manat cərimə yazılıb. Cərimə protokolunda qeyd olunub ki, həmin tarixdə sözügedən avtomobili Kəlbəcər rayonu İstibulaq kənd sakini Elvin Abdulrəhmanzadə etibarnaməsiz idarə edib. Protokol da məhz Elvinin adına rəsmiləşdirilib. Bununla belə cərimə barədə məlumat Elvin Abdulrəhmanzadənin ünvanına deyil, avtomobilin sahibi olan Sevda Qasımovanın ünvanına göndərilib.

Avtomobil sahibi deyir ki, o, nə həmin şəxsi tanıyır, nə də həmin tarixdə avtomobili Bakı şəhərində olub. Cərimə barədə isə 2 gün əvvəl xəbər tutub.

Hazırda Sevda Qasımova avtomobilinə həbs qoyulacağından ehtiyat edir.

Mövcud problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücü Sevda Qasımovanın müraciəti qısa vaxt ərzində araşdırılacaq və məsələyə qanun çərçivəsində hüquqi qiymət veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bənzər yazılar

0.14215207099915