İsrail koronavirus məhdudiyyətlərini ləğv edir

 18-05-2022

İsrail Səhiyyə Nazirliyi ölkəyə uçmazdan əvvəl PCR testlərindən keçmək tələbinin ləğv edildiyini açıqlayıb.

Ölkənin Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni qaydalar 21 may 2022-ci il tarixindən qüvvəyə minir.

Qeyd edək ki, bir müddət öncə İsrailə gəldikdən sonra hava limanında PCR testi məcburiyyəti aradan qaldırılıb.

Bununla belə, nazirlikdən bildirilib ki, İsrailə yola düşməzdən əvvəl 48 saat ərzində xüsusi bəyannamə doldurmaq, həmçinin beynəlxalq uçuş zamanı maska ​​taxmaq vacibdir.

Mənbə: “RİA Novosti”

Bənzər yazılar

0.20545077323914