MAQATE baş direktoru Rusiya ordusunun işğal etdiyi əraziyə səfər edəcək

 26-03-2023

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi gələn həftə Rusiyanın işğalı altında olan Zaporojye AES-ə baş çəkəcək.

Ukrayna mətbuatı bu barədə MAQATE-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunur ki, R. Qrossi səfər zamanı obyektdə nüvə təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirəcək.

Səfəri barədə açıqlama verən MAQATE-nin baş direktoru söyləyib ki, onun əsas məqsədi Ukrayna ərazisində davam edən faciəvi müharibənin nüvə qəzası riskini artırdığına diqqət çəkməkdir.

Əlavə edək ki, bu, Qrossinin Zaporojye AES-in ərazisinə ikinci səfəri olacaq.

Mənbə: RBK Ukraina

Bənzər yazılar

0.40215992927551