Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib

 25-03-2023

Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib.

Unikal.az xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Mərkəzin direktoru vəzifəsinin icrası Cahangir Həsənova həvalə edilib. O, buna qədər həmin tibb müəssisəsində direktor müavini olub.

Qeyd edilib ki, Sabunçu Tibb Mərkəzinin sabiq direktoru, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov bir neçə gün öncə vəzifəsindən azad edilib.

Bənzər yazılar

0.47788405418396