Co Bayden bu dəfə də çaşıb dostu əvəzinə düşmənini təriflədi - VİDEO

 25-03-2023

ABŞ lideri Co Bayden Kanada parlamenti qarşısında çıxışı zamanı təsadüfən Kanada əvəzinə Çini tərifləməyə başlayıb. Bu, dinləyənlərin gülüşünə səbəb olub.

“Bu gün mən Çini alqışlayıram... Bağışlayın, Kanadanı alqışlayıram. Siz mənim Çin haqqında nə düşündüyümü başa düşürsünüz. Ancaq hələlik bu barədə danışmayaq”, - deyə səhvini tez anlayan Bayden bildirib.

Dekabrın sonunda “Newsweek” jurnalı Baydenin 2022-ci ildə etdiyi ən böyük səhvlərin siyahısını təqdim etmişdi. ABŞ prezidentinin ilk səkkiz səhvi ukraynalılarla iranlıları dəyişik salması olmuşdu.

Mənbə: Lenta.ru

Bənzər yazılar

0.46570777893066