Fövləladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinə birinci müavini təyin edib.
Qaynarinfo.az-a FHN-ə yaxın mənbələrdən verilən məlumata görə, Kəmaləddin Heydərovun müvafiq əmri ilə 4-cü Ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Səyavuş Qasımov vəzifəsində azad edilib.
Nazirin digər əmri ilə Səyavuş Qasımov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinin birinci müavini təyin olunub.
Qeyd edək ki, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasovdur.