Rafael Ağayev ədalətli oyun prinsiplərinə sadiq idmançı SEÇİLDİ

 17-05-2022

Azərbaycan Milli Olimpi­ya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiy­ası 2021-ci ilin yekunlarına əsasən ədalətli oyun sahəsində fərqlənənlərə mükafatlar təqdim edib.

MillətinSəsi.info-nun xəbərinə görə, MOK-un inzibati binasında keçirilən tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib:

“Hər il bu mükafatlandırmanı həyata keçiririk. Bu, bizim üçün əlamətdar gündür. 2021-ci ildə bunu gerçəkləşdirə bilmədik. Ötən il MOK-da hesabat seçkisi gerçəkləşdi. Seçkilər zamanı bizdə yeni şəxslər rəhbər heyətə gəldi. Həmin tədbirdə qərara gəldik ki, keçmiş vitse-prezident Xəzər İsayev və sabiq baş katib Ağacan Abıyev komissiyada qalsın”.

Daha sonra mükafatlandırma olub:

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi - Azər Əliyev (MOK baş katibi)

Ədalətli oyun prinsiplərinə sadiq hakim - Asif Şirəliyev (güləş) 

Ədalətli oyun prinsiplərinə sadiq məşqçi - Radiq Hüseynov (güləş)

Ədalətli oyun prinsiplərinə sadiq idmançı - Rafael Ağayev (karate)

Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı (qəzetlər arasında) - “Olimpiya dünyası”

Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı (televiziya jurnalistləri arasında) - Rövşən Binnətli 

Bundan əlavə, beş fotoqraf “ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qalibləri kimi mükafatlandırılıb. 

 

Səbuhi Musa

Bənzər yazılar

0.1987190246582