Abşeron Rayon Polis İdarəsinin rəisinə yeni müavin təyin olundu 

 20-03-2023

Abşeron Rayon Polis İdarəsinin rəisinə yeni müavin təyin olunub.

"Qafqazinfo"nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Vüsal Axundov Abşeron RPİ rəisinin xidmət üzrə müavini təyin edilib.

Qeyd edək ki, 1 ay əvvəl polis polkovniki Musa Musayev Binəqədi RPİ-nin rəisi vəzifəsindən azad edilərək Abşeron RPİ-nin rəisi təyin edilmişdi.

Bənzər yazılar

0.43100786209106