Rafael Fiziyev məğlubiyyətini şərh etdi

 19-03-2023

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev UFC 286 turnirində amerikalı Castin Qeyciyə məğlubiyyətini şərh edib.

O, “Instagram” səhifəsində döyüş zamanı hansı xəsarətlər aldığını əks etdirən video yerləşdirib.

“Hər şey yaxşıdır. Bu, pis deyildi. Biz bunun üçün doğulmuşuq. Dediyim kimi, bu dəfə bonusla bağlı narahat olmağa dəyməz”, – deyə Fiziyev yazıb.

Artıq “Twitter” səhifələrində döyüşçülər bir-birlərinə qarşı xoş sözlər deyiblər. “Mən azarkeşəm. Sən döyüşçüsən dostum. Səninlə bir qəfəsi paylaşmaq mənim üçün şərəf idi”, - deyə Qeyci “Twitter”də bildirib. Fiziyev də ona belə cavab verib: “Bu mənim üçün də şərəf idi, dostum”.

Xatırladaq ki, döyüş hər üç raundda davam edib və bundan sonra hakimlər qələbəni Qeyciyə veriblər. Hər iki döyüşçü gecənin ən yaxşı döyüşünə görə 50 min dollar məbləğində mükafat alıb. Bu, Fiziyevin MMA-dakı 14 peşəkar döyüşündə ikinci məğlubiyyəti olub.

Bənzər yazılar

0.4656138420105