“Barselona”nın prezidenti Joan Laporta PSJ-nin hücumçusu Lionel Messinin katalon klubuna qayıtmasını istədiyini açıqlayıb.
“Messinin “Barsa”ya qayıtmasını istərdimmi? Əlbəttə, istərdim”, - deyə klub prezidenti bildirib.
Qeyd edək ki, cari mövsümdə Lionel Messi Fransa çempionatında 25 oyunda altı qol vurub, 13 məhsuldar ötürmə edib.
Mənbə: Gazeta.ru