Şeyx Həcc ziyarəti ilə bağlı sualları cavablandırmadı - Video

 17-03-2023

Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri açıqlayıb. təyin edib. QMİ-dən verilən məlumata görə, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları (9 775 AZN) təşkil edir. Bu məbləğ ötən il 5350 dollar idi.

Qiymətlərin bahalaşmasının səbəbləri ilə bağlı “Baku TV”nin jurnalisti QMİ sədri Allahşükür Paşazadəyə sual ünvanlayıb, lakin o, bu suala cavb verməkdən imtina edib.

Jurnalist bildirib ki, bəzi turizm şirkətləri daha ucuza Həcc ziyarətləri təşkil etmək istəsə də, buna mane olanlar var.

A.Paşazadə bu məsələyə də münasibət bildirməkdən imtina edib.

Sözügedən kadrları təqdim edirik:


Qeyd edək ki, QMİ artıq məsələyə münasibət bildirib və bahalaşmanın səbəbini açıqlayıb.

Bənzər yazılar

0.20343995094299