Aydın Hüseynov: “Azərbaycan-BMT əməkdaşlığı azad edilmiş ərazilərdə minatəmizləmə işlərinə töhfə verir”

 16-03-2023

“Azərbaycan BMT ilə davamlı inkişaf tədbirləri çərçivəsində uzunmüddətli proqramların icrasında indiyədək bir çox uğurlar əldə edib. Hazırda bölgədə yeni reallıqlar yaradan dövlətimiz azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, əhalinin qayıdışı və bu prosesdə beynəlxalq təcrübənin tətbiqini beynəlxalq qurumlarla müzakirə edir. Bu müstəvidə BMT, Dünya Bankı və Avropa İttifaqının birgə post-böhran mexanizmi olan bərpa ehtiyaclarının qiymətləndirilməsi metodologiyasının ölkəmizdə tətbiqi sahəsində əməkdaşlıq da mühüm əhəmiyyət daşıyır. Bu prosesdə BMT əsas tərəfdaşlardan biridir. Bu əməkdaşlığın mühüm nümunəsi kimi BMT ilə Azərbaycan arasında Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masa regionda sülh və əməkdaşlıq üçün töhfə verə bilər”. 

Bu fikirləri Milletinsesi.info-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. Deputatın sözlərinə görə, Azərbaycan azad edilmiş ərazilərinin bərpa və yenidən qurulması proseslərində əsasən öz daxili imkanlarından istifadə etməkdədir, lakin eyni zamanda beynəlxalq əməkdaşlığa da açıqdır. Bu prosesdə ölkəmizdə fəaliyyət göstərən BMT ilə keçirilən illik yüksək səviyyəli strateji məsləhətləşmələrin əhəmiyyəti də xüsusi qiymətləndirilə bilər:

Xatırladaq ki, BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Minatəmizləmə Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak ediblər.

Aysel Aslan

Bənzər yazılar

0.27820014953613