Mənuçehr Əhədpur yenə məhkəmə qarşısında (TƏFƏRRÜAT)

 03-03-2023

“Az Texnika Ltd” MMC (VÖEN - 1301500271) İran əsilli tanınmış iş adamı Mənuçehr Əhədpur Xangah və onun rəhbərlik etdiyi “Aztransport-AP” MMC və “Az Transport-A” MMC şirkətlərinə, həmçinin Ağayev Şahin Mustafa oğlu ilə Dövlət Yol Polisi İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Aida Hüseynin icraatına verilib. Məhkəmə iddiasının icarə müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırıldığı bildirilir.

Məlumat üçün bildirək ki, iddia qaldıran şirkətin - “Az Tikinti Ko Ltd” MMC-nin də əvvəlki rəhbəri Mənuçehr Əhədpur olub.

Onu da bildirək ki, barəsində iddia qaldırılan “Az Transport-A” MMC (VÖEN – 1303801151) və “Aztransport-AP” MMC (VÖEN – 1306050011) müvafiq olaraq 2014 və 2019-cu illərdə dövlət qeydiyyatına alınıblar. Nizamnamə kapitalları 200 manat olan şirkətlərin hüquqi ünvanları “Yasamal rayonu, Haqverdiyev ev 21” ünvanında yerləşir.

Hazırda “Aztransport-AP” MMC-nin dövlət büdcəsinə (03.03.2023-cü il tarixinə) 47 min 565 manat 92 qəpik vergi borcu var.

Qeyd edək ki, Mənuçehr Əhədpur Xangah hazırda Yasamal rayon, Haqverdiyev ev 21 ünvanında yerləşən onlarla şirkətə rəhbərlik edir.
Daha əvvəl Mənuçehr Əhədpurun rəhbərlik etdiyi “Az Varvara” MMC vergi borcunu (hazırda 201 min 77 manat 16 qəpik) ödəmədiyi üçün İqtisadiyyat Nazirliyi məhkəməyə müraciət edərək Mənuçehr Əhədpurun Azərbaycandan çıxışına məhdudiyyət qoyulmasını istəyib. Bundan sonra “Az Varvara” MMC-nin dövlət büdcəsinə olan borcu ödənilib və Mənuçehr Əhədpurun yerinə şirkətə yeni rəhbər – Hicran Məmmədova təyin olunub.

Mənuçehr Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəlada hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan “Gilan” holdiqlə birgə çəkilib. 

Onu da bildirək ki, Mənuçehr Əhədpur Xangah eyni zamanda peşəkar “poker” oyunçusu kimi də tanınır. Bugünə kimi çoxsaylı poker oyunlarında qalib olub. 

Onu da əlavə edək ki, ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massisvi, 408B saylı və 1-ci döngə, 406B saylı sahələrdə yerləşəcək fərdi yaşayış evinin tikintisinə icazə verib. Ümumi sahəsi 1179,1 kv. metr olan 2 mərtəbəli evin sifarişçisi məşhur azərbaycanlı modelyer Diana Yaşar qızı Əhədpur Xangahdır. 

Aktiv sosial şəbəkə istifadəçisi olan (1,3 milyon izləyicisi var) Diana Yaşar qızı Əhədpur Xangahın paylaşımlarından belə görünür ki, o Dubayda və İzmirdə də olduqca dəbdəbəli evlərə sahibdir. Bakıda, Dubayda və İzmirdə “Diana Əhədpur” adlı geyim mağazalarına sahib olan 36 yaşlı modelyer 70 yaşlı məşhur iş adamı Mənuçehr Əhədpur Xangahın həyat yoldaşıdır.  

 

Bənzər yazılar

0.50631904602051