UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
Milletinsesi.info-ın məlumatına görə, ikinci seansda daha 4 matç keçirilib.
İngiltərənin “Mançester Yunayted” klubu evdə İspaniya “Betis”ini sınağa çəkib. Görüş “qırmızı şeytanlar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 6-cı dəqiqədə Markus Reşford açıb. Təslim olmaq istəməyən əndəlusiyalılar fasiləyə qədər Ayoze Pereslə bərabərliyi təmin etsələr də, ikinci yarıda Antoni, Brunu Fernandeş və Vut Veqhorstun qolları ingilislərə böyük hesablı qələbə qazandırıb.
“Yuventus” öz meydanında “Frayburq”u (Almaniya) sınağa çəkib. Turinlilərə qələbə üçün bir qol kifayət edib. 53-cü dəqiqədə fərqlənən Anxel Di Mariya “qoca sinyora”nın səfərə üstün yollanmasına şərait yaradıb.
Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Fənərbağça” İspaniyada “Sevilya” ilə münasibətlərinə aydınlıq gətirib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Joan Jordanın 56-cı dəqiqədə hesabı açdığı qarşılaşmada son nöqtəni 85-ci dəqiqədə Erik Lamela qoyub.
Donetsk “Şaxtyor”u ilə “Feyenord”un (Niderland) oyunu isə qollu heç-heçə ilə başa çatıb.
UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
9 mart
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Betis” (İspaniya) - 4:1
Qollar: M.Reşford, 6, Antoni, 52, B.Fernandeş, 58, V.Veqhorst, 84 - A Perez, 32
00:00. “Yuventus” (İtaliya) - “Frayburq” (Almaniya) - 1:0
Qol: Anxel Di Mariya, 53
00:00. “Sevilya” (İspaniya) - “Fənərbağça” (Türkiyə) - 2:0
Qollar: Joan Jordan, 56, E.Lamela, 85
00:00. “Şaxtyor” Donetsk (Ukrayna) - “Feyenord” (Niderland) - 1:1
Qollar: Y.Rakitski, 79 - E.Bullaude, 88
Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 16-da keçiriləcək.
23:48
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
Milletinsesi.info-ın məlumatına görə, ilk seansda dörd qarşılaşma baş tutub.
İngiltərənin “Arsenal” klubu Portuqaliyada “Sportinq”in qonağı olub. Matçda hesabı londonlular açsalar da, üstünlüyü qorumağı bacarmayıblar. 22-ci dəqiqədə Vilyam Salibanın qoluna 36-cı dəqiqədə Qonçalu İnasiu, 55-ci dəqiqədə Paulinyo cavab verib. Lakin 62-cü dəqiqədə Hidemasa Moritann avtoqolu ingilislərin Pireneydən sərfəli nəticə ilə qayıtması üçün kifayət edib.
İtaliyanın “Roma” klubu “Real Sosyedad”ı qəbul edib. Görüş “canavarlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 13-cü dəqiqədə Stefan El-Şaravi açıb. 87-ci dəqiqədə isə Maraş Kumbulla matçda son nöqtəni qoyub.
Leverkuzen “Bayer”i Almaniyada Macarıstanın “Ferantsvaroş” klubunu qəbul edib. Bu görüş də ev sahibinin “quru” hesablı qələbəsi ilə başa çatıb. 10-cu dəqiqədə Kerem Demirbayın hesabı açdığı qarşılaşmada nəticəni 86-cı dəqiqədə Edmond Tapsoba müəyyənləşdirib.
Almaniyanın digər təmsilçisi “Union” isə evdə heç-heçə ilə kifayətlənib. Belçika “Union”u ilə qarşılaşan komanda 3:3 hesablı heç-heçəyə razılaşıb.
UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
9 mart
21:45. “Sportinq” (Portuqaliya) - “Arsenal” (İngiltərə) - 2:2
Qollar: Q.İnasiu, 36, Paulinyo, 55 - V.Saliba, 22, H.Morita, 62 (öz qapısına)
21:45. “Roma” (İtaliya) - “Real Sosyedad” (İspaniya) – 2:0
Qollar: S.El Şaravi, 13, M.Kumbulla, 87
21:45. “Bayer” (Leverkuzen, Almaniya) - “Ferentsvaroş” (Macarıstan) - 2:0
Qollar: K.Demirbay, 10, E.Tabsoba, 86
21:45. “Union” (Berlin, Almaniya) - “Union” (Belçika) - 3:3
Qollar: Y.Yuranovuç, 42, R.Noçe, 69, S.Miçel, 89 - V.Bonifase, 28, 72, Y.Vertessn, 58