2023-cü ildən sonra Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın iqtisadi perspektivləri “çox dağıdıcıdır”. Xüsusilə, gələcəkdə Rusiya iqtisadiyyatının 7% kiçilməsi ehtimal edilir.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva bildirib.
“Bizim ortamüddətli perspektiv üçün proqnozlarımıza nəzər saldıqda, görürük ki, Rusiya iqtisadiyyatı ən azı 7% azalacaq”, - Kristalina Georgiyeva vurğulayıb.
O, işçi qüvvəsinin mühacirət etməsi, texnologiyaya çıxışın kəsilməsi və ölkənin enerji sənayesinə sanksiyaların tətbiqi ilə Rusiya iqtisadiyyatının zaman keçdikcə zərər görəcəyini söyləyib.
Georgiyevanın qeyd etdiyi kimi, Rusiya neft satışlarının bir hissəsini Avropa bazarlarından kənarda Çin və Hindistana yönəldə bilsə də, bu, ölkə iqtisadiyyatına “davamlı təsir” göstərməyəcək.
“Biz Rusiyanın Ukraynaya və özünə etdiyindən ölkə üçün heç bir fayda görmürük”, - BVF rəhbəri vurğulayıb.
Mənbə: rbc.ua