Latviya optik kabellərin istehsalında Azərbaycanla təcrübə mübadiləsi aparmağa HAZIRDIR

 08-03-2023

Latviya optik kabellərin istehsalı sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırdır.

Bu barədə “Report”a Latviyanın İnvestisiya və Biznesin İnkişafı Agentliyinin baş direktoru Kaspars Rozkalns bildirib.

Qeyd edilir ki, Latviyanın İnvestisiya və İnkişaf Agentliyi ilə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında imzalanacaq memorandum Azərbaycanla ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə yönələcək.

O, əsasən tikinti, “ağıllı şəhər”lər və bioiqtisadiyyat kimi sahələri əhatə edəcək.

“Latviya optik kabellərin istehsalı sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Ölkəmiz dünyada ən sürətli internetə malikdir. Latviyanın bütün ərazisi artıq 4G internetlə əhatə olunub. Mobil internetin mövcudluğu bizi WiFi vasitəsilə simsiz internetə olan ehtiyacdan azad edir və rəqəmsal transformasiyanın vacib hissəsidir”.

Bənzər yazılar

0.14268612861633