Xəbər verdiyimiz kimi, “Bakı Marafonu 2022”ə start verilib.
MillətinSəsi.info xəbər verir ki, iştirakçılar finişə çatıb qalib olmaq sevincini yaşamaq üçün mübarizəyə başlayıb.
Yarışmada iştirak etməyən, marafonu izləməyə gələn insanlar isə onlar üçün ayrılmış əyləncə zonasında vaxtlarını səmərəli keçirirlər.
Əyləncə zonasında həm uşaqlar, həm də böyüklər üçün xüsusi əyləncə proqramları, master-klasslar, idman tədbirləri, pilates məşqləri və s. təşkil edilib.