Deputat Eldar Quliyev Qurbanqulu Berdiməhəmmədova MEDAL VERDİ - VİDEO

 14-05-2022

Mayın 12-də Türkmənistanın paytaxtı Aşqabadda Orta Asiya ölkələri və Rusiya Federasiyası Parlamentlərarası Forumu keçirilib.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Türkmənistanın hökumət saytında məlumat dərc edilib.

Forumda Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri, Milli Məclisin deputatı Eldar Quliyev və “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru, “Dədə Qorqud” Milli Fondunun sədri Eldar İsmayılov da iştirak edib.

E. Quliyev AAŞ-nın yekdil qərarı ilə Türkmənistanın sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədova “Hörmətli Ağsaqqal” medalını təqdim edib.

E. İsmayılov isə Q. Berdiməhəmmədova “Yer üzündə sülh üçün” və “Ulu Türk” medallarını təqdim edib.

Qeyd edək ki, həm E. Quliyev, həm də E. İsmayılov forumda rus dilində çıxış ediblər.

Həmin kadrları təqdim edirik:

Əliş Abdulla

Bənzər yazılar

0.50979995727539