İspaniya La Liqasında XXIV tur davam edir.
Milletinsesi.info xəbər verir ki, Madrid “Atletiko”su öz meydanında bu mövsüm uğursuz çıxış edən “Sevilya”nı sınağa çəkib. Görüş “hindular”ın qələbəsi ilə başa çatıb - 6:1.
Memfis Depay və Moratanın dubl etdiyi qarşılaşmada madridlilərin digər qollarını Antuan Qrizmann, Yannik Karrasko və Alvaro Morata vurublar. Əndəlusiyalıların yeganə qoluna Yusuf En-Nesiri imza atıb.
“Atletiko” 45 xalla 3-cüdür. “Sevilya” isə 25 xalla 15-ci pillədə qərarlaşıb. Komandanı düşmə zonasından cəmi 1 xal ayırır.