Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.
MillətinSəsi.info Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.
İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov xidməti otağında olarkən onun halı qəfil pisləşib.
Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun həyatını xilas etmək mümlün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən polis zabiti 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin müavini olmuş Anar Səfərovun oğludur. O, həmçinin Naxçıvan MR Ali Məclisinin üçüncü çağırış deputatı olub.