Azərbaycanlı iş adamı Sankt-Peterburqda saxlanılıb – Video

 02-07-2025

Rusiyanın hüquq-mühafizə orqanları Parqolovo şəhərində “OOO Amurov Group” tikinti şirkətinin baş direktorunu Voloqodskaya küçəsindəki evinə basqın edərək tutublar. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat və kadrlar yayılıb.

Bildirilib ki, o, daşınmaz əmlak investisiyaları ilə bağlı bir sıra çoxmilyonluq fırıldaqlarda şübhəli bilinir.

“Sankt-Peterburq cinayət axtarış idarəsinin əməkdaşları 46 milyon rubldan çox məbləğdə dələduzluqda şübhəli bilinən 32 yaşlı biznesmeni saxlayıb. İstintaqın məlumatına görə, o, vətəndaşlara yaşayış binalarının tikintisinə və sonradan icarəyə verilməsinə pul qoymağı təklif edib, lakin həmin vəsaiti mənimsəyib”, - Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin yaydığı məlumatda bildirilir.

amurov grup rehberi

İstintaqın versiyasına əsasən, Azərbaycanda dünyaya gələn “Amurov Group" MMC-nin rəhbəri Mark Aleksandroviç Amurov yaşayış binalarının tikintisinə investisiya cəlb etmək və bu binaları sonradan icarəyə vermək bəhanəsi ilə üç Sankt-Peterburq sakininə qarşı dələduzluq edib.

Belə ki, o, investisiya adı ilə vətəndaşların etimadını qazanaraq iri məbləğdə vəsait toplayıb, lakin bu pullar təyinatı üzrə istifadə olunmayıb. Zərərçəkmişlər onun vədlərinə inanaraq ümumilikdə 46 milyon rubl vəsait veriblər.

Hüquq-mühafizə orqanları tərəfindən keçirilən axtarış zamanı şübhəli şəxsin yaşadığı ünvanda və ofisində daşınmaz əmlaka aid sənədlər, mobil telefon, eləcə də rubl və xarici valyutada külli miqdarda nağd pul aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb və istintaq davam etdirilir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılır.

Qeyd olunub ki, axtarış zamanı əmlaka aid sənədlər, telefon, rubl və xarici valyutada pul götürülüb.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Bənzər yazılar

0.080173015594482