İngiltərə Premyer Liqasında XXVI tura start verilib.
Milletinsesi.info xəbər verir ki, açılış oyununda çempionluğa oynayan “Mançester Siti” və Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda yarışan “Nyukasl” üz-üzə gəlib.
“Etihat” stadionunda keçirilən qarşılaşma “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 15-ci dəqiqədə Fil Foden açıb. Görüşdə son nöqtəni 66-cı dəqiqədə Bernardu Silva qoyub.
Bu qələbə sayəsində xallarını 58-ə çatdıran Pep Qvardiolanın komandası turnir cədvəlinin 2-ci pilləsində möhkəmlənib.
“Şəhərlilər” lider “Arsenal”la fərqi azaldıb.
Hazırda “Mançester Siti” London klıubundan 2 xal geri qalır. “Nyukasl” isə 41 xalla 5-cidir. İngiltərə Premyer Liqası XXVI tur “Mançester Siti “- “Nyukasl” – 1:0
Qol: F.Foden, 15, Bernardu Silva, 67