Mədəniyyət nazirinə yeni iki müavin təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Səadət Yusifova Azərbaycan mədəniyyət nazirinin müavini təyin edilib.
Bundan öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Prezident İlham Əliyev digər sərəncamı ilə nazirin birinci müavini Vaqif Əliyev və nazir müavini Sevda Məmmədəliyeva işdən çıxarılıblar.
Qeyd edək ki, Vaqif Əliyev 2011-ci ildən nazirin birinci müavini, S.Məmmədəliyeva isə 1999-cu ildən nazir müavini olub.
Mədəniyyət Nazirliyindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, xəbəri ilk “Qafqazinfo” yayıb.